Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2024 07:04
Xarici borc və onun faizləri ilə bağlı mövcud vəziyyət ciddi narahatlıq doğurur və onların rəqəmləri getdikcə artır. Problem ondadır ki, burada təkcə rəqəmlərin ölçüsü deyil, həm də onların tendensiyası vacibdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni deputat və iqtisadçı Tadevos Avetisyan deyib.
"Bu gün dövlət borcu artıb, bu, təkcə borc yükünün artırılması baxımından problemli deyil, həm də biz sözün hərfi mənasında gələcək inkişaf üçün resursları israf edirik. Müstəqillik əldə etdikdən sonra mövcud olduğu 27 il ərzində Ermənistanın 6,7 milyard dollara yaxın dövlət borcu yığılıb. Bu administrasiyanın 5,5 ili ərzində dövlət borcu 5,1 milyard dollar və ya 75,4 faiz artıb. Dövr qısa olsa da, borc artımı çox böyükdür. Dövlət borcunun yükü Ermənistanın hər sakini üçün 1800 dollar artıb. 2023-cü ildə təkcə dövlət borcu üzrə faiz ödənişləri əvvəlki illə müqayisədə 30% artıb. Bu, 254 milyard dram təşkil edir.
Yeri gəlmişkən, bu il bütün vergi daxilolmalarının 11 faizi müstəsna olaraq dövlət borcunun faizlərinə yönəldilib. Dövlət pensiya və müavinətlər versə də, onların 36 faizindən çoxu xalis dövlət borcunun faizləridir. Bu templə dövlət borcları üzrə faizlər büdcə gəlirlərindən daha sürətlə artır", - o bildirib.