Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceremi Frimponq - “Qarabağ”la görüş “dəli oyun” idi

Ceremi Frimponq - “Qarabağ”la görüş “dəli oyun” idi

Tarix: 15 Mart 2024 12:32

"Dəli oyun oldu. Bu matçda baş verənləri təsvir etməyə sözüm belə yoxdur".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Bayer"in futbolçusu Ceremi Frimponq deyib.

Cinah müdafiəçisi Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a evdə 3:2 qalib gəldikləri matçı şərh edib. O bildirib ki, artıq hədəfləri yarımfinala yüksəlməkdir: "Əvvəlcə 0:2 uduzursan, sonra qalib gəlirsən. Buna görə hamımız futbolu sevirik. Biz heç vaxt, hətta hər şey yolunda getməyəndə belə matçı çevirəcəyimizə inanırıq. Bu oyunda səylərimiz mükafatsız qalmadı. İndi biz növbəti mərhələni səbirsizliklə gözləyəcəyik. Yarımfinala çıxmaqdan başqa arzum yoxdur".

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

Milli.Az


Etiketlər:  Ceremi Frimponq Qarabağla görüş dəli oyun idi


RƏYLƏR