Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi:

Tarix: 15 Mart 2024 14:50

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib.

"Verilişə çağırıb, proqramdan əvvəl mənə tapşırdı ki, meyxananı kəskin tənqid elə. Dedim "başına dönüm, öz sənətimdən de, ondan danışım, mənim meyxanadan başım çıxmaz. Dedi, yox e, tənqid eləməlisən. Veriliş başladı, başladım danışmağa, dedim meyxanaçılar mahnı oxumamalıdır, filan... Bir də gördüm meyxanaçı Ələkbər gəldi proqrama. Mənə qayıdasan ki, sən yaxşı oxumursan deyə meyxanaçılar mahnı oxumağa başladı. Mən Ələkbərə söz çatdıra bilərəm? Elə özümə dedim ki, haqq olur sənə Əlikram, sənin meyxana ilə nə işin var ki, söz də eşidirsən",- o bildirib.

Milli.Az


Etiketlər:  Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi Proqramdan əvvəl mənə tapşırdı ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ