Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 18:30
Erməniləri ələ saldılar - "Bu aclara vəd ediblər ki..."
14 Mart 20:23
1 202
[12 Punto] [14 Punto] [16 Punto] [18 Punto]
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması bu ölkəyə baha başa gələcək. Ən optimal ssenaridə "gözəl Avropa bağı" aldanan respublika Avropanın zəngin ölkələrinin parazit olduğu Avropa İttifaqının ən kasıb ölkələrindən birinə çevriləcək. Ən pis halda isə Türkiyə Ermənistanı udacaq.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiyanın Livenews24.ru saytı yazır.
Portala görə, Rusiya ilə münasibətləri pisləşdirib Avropaya üz tutmaq Ermənistana xeyir gətirməyəcək:
"Söhbət təkcə İrəvanla Moskvanın əlaqələrinin kəsilməsindən getmir, Paşinyan var gücü ilə Rusiyanı ermənilərin gözündən salmağa çalışır, onu ölkənin başına gələn bütün müsibətlərdə günahlandırır.
Ən maraqlısı odur ki, Avropa İttifaqı sıralarına qoşulmağa bu qədər can atan Ermənistan rəhbərliyi bunun sonda nəyə gətirib çıxaracağını çox gözəl bilir. Bunu anlamaq üçün vaxtilə "dost Avropa ailəsi"nə qoşulmağa qərar vermiş ölkələrə baxmaq kifayətdir. Heç biri üçün iqtisadi vəziyyət nəinki yaxşılaşmadı, əksinə, daha da pisləşdi".
Sayt bunu onunla izah edir ki, həmin ölkələrin Aİ-nin əsas üzvləri ilə rəqabət apara biləcək iqtisadiyyatları olmayıb, Ermənistan da istisna deyil.
Mənbə Baltikyanı ölkələr, Bolqarıstan, Rumıniya və Polşanı "ac dövlətlər" adlandırır və yazır ki, ABŞ bundan istifadə edərək onları özündən asılı vəziyyətə salıb.
Portal vurğulayır ki, indi həmin məntiqlə vəziyyətləri daha pis - daha ac olan Ermənistan və ya Moldovanı Aİ-yə çəkməyə çalışırlar:
"Ermənistana gəlincə, burada iqtisadiyyatdan danışmağa belə dəyməz, o, sadəcə olaraq yoxdur. Moldova hələ də sudadır, ibtidai əkinçilik, münbit torpağ və iqlimi sayəsində yerli əhalinin dişləri hələ tam düşməyib. Ölkə ən azı növbəti iki nəsil tərəfindən ödənilməli olan böyük borclar içində ilişib qalıb.
Moldovalıları inandırıblar ki, Aİ çox yaxşıdır, orda hamıya 5 min avro pensiya verilir, hamı bir stəkan köpüklü şərab içdikdən sonra ipək pijamada yatır. İndi erməni əhalisinə də eyni şeyi təklif edirlər. Üstəlik, Avropa İttifaqına daxil olmaq ideyasını irəli sürən erməni isteblişmenti də yaxşı bilir ki, ipək pijama hamıya çatmayacaq. Amma heç veclərinə də deyil, çünki artıq ipək pijamalarını alıblar, bunları İtaliya, İspaniya və ya Fransada geyinməyi planlaşdırırlar".
Sayt iddia edir ki, Ermənistan uzun illər Aİ-nin qapısında gözlədiləcək, amma heç vaxt o qapı üzünə açılmayacaq.