Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2024 09:25
"Ömrümü oğlum Adilə fəda etmişəm. Bu gün də bundan çox məmnunam. Oğlum yanımda atasından başqa heç bir kişi görməyib. İstər rəsmi, istərsə də qeyri-rəsmi olsun. Bu gün isə o bunu çox yüksək qiymətləndirir və mənə hörmət edir".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib.
Sənətçi ikinci dəfə ailə qurmamasının səbəblərindən söz açıb:
"Mənim üçün həyatda ən önəmli məqamlardan biri atamın, qardaşımın və oğlumun mənə hörmət etməsidir. Bəli, həyatımda elə məqamlar olub ki, mənə ciddi evlilik təklifləri ediblər. Amma mən heç kimə inanmamışam. Düşünürəm ki, əgər mən ikinci dəfə ailə qursaydım...
Amma mən bunu istəmirəm. Əgər yanımda ikinci həyat yoldaşım yoxdursa, demək ki, bu mənim seçimimdir. Düşünürəm ki, nə bilim... Mən ikinci dəfə ərə getmək məsələsinə inanmıram. Mən erkən yaşlarda ailə qurmuşam. Onda heç başa düşmürdüm nədir, nə deyil... Mən qardaşım Balaşa çox inanırdım. Nə yaxşı ki, ona da inanmışam. Övladımı böyütdüm. Çox əziyyətlərdən keçdim. Balaşdan başqa heç kim mənə kömək etməyib. Balaş məni güclü etdi və sonra bizi tərk etdi. Allah ona rəhmət eləsin. İkinci dəfə ailə qurmağıma ehtiyac olmadı.
Mən o qədər qürurlu insanam ki... Xasiyyətimdə heqemonluq da var. Düşünürəm ki, əgər yanımda bir bəy olacaqsa, o bütün günü mənə hesabat verməli olacaq. Kişilər əslində mənim xasiyyətdə olurlar. Yazığım gələr yanımda olmaq istəyən o kişiyə (gülür). Düşünürəm ki, mən ancaq sözümə qulaq asan bəyi sevərəm. Amma əgər o sözümdən çıxsa, onu sevmərəm. O mənim sözümə baxmalıdır. Eyni zamanda da onun güclü xasiyyəti olmalıdır".