Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistan hökuməti nazirlərin və məmurların xaricə səfərini məhdudlaşdırıb

Pakistan hökuməti nazirlərin və məmurların xaricə səfərini məhdudlaşdırıb

Tarix: 18 Mart 2024 21:46

Pakistanın federal hökuməti dövlət büdcəsinə qənaət məqsədilə nazirlərin və dövlət məmurlarının xaricə səfərlərini məhdudlaşdırıb, həmçinin onların xaricdə qalmaları üçün yeni qaydalar tətbiq edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan" qəzeti yazıb.

Nəşr yazır ki, Nazirlər Kabinetinin qərarına əsasən, federal və dövlət nazirləri, onların müşavirləri və köməkçiləri xarici ezamiyyətlər üçün dövlət büdcəsinə qənaəti təmin edən hökumət komitəsindən, habelə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyindən qabaqcadan icazə almalıdırlar. Bu şəxslərin ildə üç dəfədən artıq xaricə getməsi qadağan edilir və belə səfərlər zamanı beşulduzlu otellərdə qalmalarına icazə verilmir. Xüsusi hallarda bu məhdudiyyətlərdən kənara çıxmaq mümkündür, ancaq yalnız baş nazirin şəxsi icazəsi ilə. Xarici işlər və ticarət nazirləri üçün bu qaydalara riayət edilməsində istisnalar tətbiq olunacaq.

Xaricə səyahət edərkən rəsmilərdən Pakistanın milli aviadaşıyıcısı PIA ilə uçmaq tələb olunur.

Pakistanın xaricdəki səfirliklərinə diplomatları beynəlxalq forum və tədbirlərə mümkün qədər geniş şəkildə cəlb etmək üçün səy göstərmələri tövsiyə olunub ki, bu da nazirlərin və məmurların o tədbirlərdə iştirak etmək üçün səfərlərini azaltmağa kömək etməlidir.


Etiketlər:  Pakistan hökuməti nazirlərin məmurların xaricə səfərini məhdudlaşdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ