Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tramp: İsrail məhv ediləcək

Tramp: İsrail məhv ediləcək

Tarix: 19 Mart 2024 18:28

"Amerika Birləşmiş Ştatlarının Demokratik Partiyası İsrailə nifrət edir"

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

"Mən həqiqətən onların İsrailə nifrət etdiyini düşünürəm. Demokratik Partiya İsrailə nifrət edir. Demokratlara səs verən hər bir yəhudi (ABŞ-da) onların dininə nifrət edir. Onlar İsraillə bağlı hər şeyə nifrət edirlər və onlar özlərindən utanmalıdırlar, çünki İsrail məhv ediləcək", - eks-prezident əlavə edib.

Qeyd edək ki, bundan əvvəl NBC televiziyası mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahunu Qəzza zolağında döyüşlərin taktikasını dəyişməyə razı sala bilməyib, onun hərəkətlərindən narazılığını bildirib.

Milli.Az


Etiketlər:  Tramp İsrail məhv ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ