Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çetinlər” cinayət təşkilatı məhv edildi - 109 nəfər saxlanıldı

“Çetinlər” cinayət təşkilatı məhv edildi - 109 nəfər saxlanıldı

Tarix: 20 Mart 2024 10:58

Türkiyənin İstanbul şəhəri başda olmaqla 7 vilayətində eyni vaxtda həyata keçirilən "Məhzen-15" əməliyyatlarında "Çetinlər" kimi tanınan mütəşəkkil cinayətkar qrup məhv edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb.

Əməliyyatlar zamanı aralarında təşkilat rəhbərlərinin də olduğu 109 şübhəlinin saxlanıldığı qeyd olunub.

Ölkənin daxili işlər naziri Əli Yerlikaya, sosial media hesabında verdiyi açıqlamada, İstanbul mərkəzli Kocaeli, İzmir, Bursa, Samsun, Diyarbəkir və Ərzincanda əməliyyatlar keçirildiyini vurğulayıb.

O qeyd edib ki, Özay Çetin və Mert Çetinin rəhbərlik etdiyi "Çetinlər" kimi tanınan mütəşəkkil cinayət təşkilatı "Mahzen-15" əməliyyatlarında məhv edilib.

Saxlanılanların narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəsdən adam öldürməyə cəhd, odlu silahla yaralama, iş yerində atəş açma və qarət cinayətlərini törətdikləri müəyyən edilib.

Əməliyyatlar zamanı sənədsiz 7 silah, 4 kiloqram metamfetamin, müxtəlif miqdarda marixuana, bonzai, kokain və narkotik həblər, çoxlu sayda jurnal, patron və külli miqdarda türk lirəsi ələ keçirilib.

Milli.Az


Etiketlər:  Çetinlər cinayət təşkilatı məhv edildi 109 nəfər saxlanıldı


RƏYLƏR