Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2024 15:16
Türkiyə jandarması 5 əyalətdə terrorçulara məxsus 20 mağara və sığınacağı məhv edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
Onun sözlərinə görə, Separatçı Terror Təşkilatına (BTÖ) mənsub terrorçuların qış aylarında kənd yerlərində terror hadisələri törətmək məqsədilə mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə "BOZDOĞAN-13" əməliyyatları həyata keçirilib. Nəticədə 5 əyalətdə 20 mağara və sığınacaq məhv olunub.
Əməliyyat zamanı xeyli sayda C4 plastik partlayıcılar, top və minaatan mərmiləri, tank əleyhinə sursatlar, istifadəyə hazır əldəqayırma partlayıcı qurğular (İED), eləcə də çox sayda silah və digər partlayıcılar ələ keçirilib.