Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jirunun hansı kluba keçə biləcəyi məlum oldu

Jirunun hansı kluba keçə biləcəyi məlum oldu

Tarix: 20 Mart 2024 20:16

"Milan"ın və Fransa yığmasının hücumçusu Olivye Jiru bu yay Avropa futbolunu tərk edə bilər.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə " The Athletic" xəbər verir.

Mənbənin məlumatına görə, 37 yaşlı futbolçu MLS-in "Los-Anceles" klubu tərəfindən nəzərdən keçirilir. Bu komandada Jirunun Fransa millisindəki keçmiş partnyoru, qapıçı Uqo Lloris çıxış edir. Amma hələlik transferlə bağlı heç bir razılaşma yoxdur.

Jiru İtaliya klubuna 2021-ci ildə "Çelsi"dən keçib. Jiru bu mövsüm "Milan"ın heyətində 36 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fransa millisinin heyətində Jiru 2018-ci ildə dünya çempionu olub.


Etiketlər:  Jirunun hansı kluba keçə biləcəyi məlum oldu


RƏYLƏR