Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir

Komitə sədri: Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir

Tarix: 18 Noyabr 2019 13:48

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır.

Trend-in məlumatına görə, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova deyib ki, qadın sahibkarların sayının artması əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılmasına səbəb olur:

“Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməlidir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarların istehsal etdiyi məhsulların ixracı daha da artırılmalıdır".

Komitə sədri əlavə edib ki, Azərbaycanın 8 rayonunda resurs mərkəzlərinin yaradılması nəticəsində 145 qadın şəxsi biznesini qurub.

H.Hüseynova vurğulayıb ki, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ