Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roza Zərgərli Röya üçün qurban kəsdirdi

Roza Zərgərli Röya üçün qurban kəsdirdi

Tarix: 23 Mart 2024 20:15

Müğənni Roza Zərgərli Moskvada baş verən terror aktından qurtulan Xalq artisti Röya Ayxan və onun komandası üçün qurban kəsdirib.

Milli.Az musavat.com-a istinadla bildirir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

"Dünən çox qorxdum. Sağ-salamat qayıdın evə, uşaqlar. Qurbanınızı da kəsdim, indi göndərəcəm paylasınlar. Yaxşı ki, sağ-salamatçılıqla qurtardı. Allah orada ölənlərə də rəhmət etsin, nə olsun başqa dindəndirlər. Heç xoş bir hadisə deyil. Onun travması hələ çox uzun çəkəcək. Keçmiş olsun. Biz də stress keçirdik",-deyə müğənni qeyd edib.

Milli.Az


Etiketlər:  Roza Zərgərli Röya üçün qurban kəsdirdi


RƏYLƏR