Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2024 20:35
Azərbaycanın "Avroviziya" təmsilçisi, müğənni Səmra Rəhimli də Moskvada törədilən terror aktı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, müğənni hadisə zamanı orada olan dostları üçün narahat olduğunu qeyd edib:
"Dəhşətli hadisənin təsiri altındayam. Söz tapmıram yazmağa. Orada dostlarımız, tanışlarımız var idi, həmvətənlərimiz və minlərlə günahsız insanlar. Bu dünya necə belə qəddar bir yerə çevrilib.
Həyatını itirmiş hər kəsə Allah rəhmət etsin, yaralılara tezliklə sağalmasını diləyirəm. Qaçıb canını qurtaran insanların yaşadığı travmanı təsəvvür edə bilmirəm. Allah köməyiniz olsun, Allah hər kəsi, bütün yer üzünü qorusun. Sülh olsun artıq hər yerdə".