Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Dammın gəlini anası ilə belə dincəlir – FOTO

Van Dammın gəlini anası ilə belə dincəlir – FOTO

Tarix: 25 Mart 2024 12:10

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Liqa şəhərində görüşüb. 

Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb. 

Xatırladaq ki, bir neçə həftə əvvəl Suada bədii gimnastika üzrə dünya və Avropa çempionatının finalçısı olan bacısı Selcan Hacızadə ilə Litvanın paytaxtı Vilnus şəhərində görüşüblər. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Milli.Az


Etiketlər:  Van Dammın gəlini anası ilə belə dincəlir FOTO


RƏYLƏR