Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 13:46
Kreml ölüm hökmünə qoyulan moratoriumun ləğvi ilə bağlı müzakirələrdə iştirak etmir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, Moskvada "Crocus City Hall" konsert salonunda martın 22-də baş verən terror aktından sonra cəmiyyətdə ölüm hökmünün bərpa olunması gündəmə gəlib. İctimai xadimlər, siyasətçilər və ölkə ictimaiyyətinin digər nümayəndələri ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış ediblər.