Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Devid Bekhem: “Yatağımda oturub ağlamağa başladım”

Devid Bekhem: “Yatağımda oturub ağlamağa başladım”

Tarix: 26 Mart 2024 04:04

"İnter Mayami" futbol klubunun sahibi Devid Bekhem argentinalı forvard Lionel Messinin kluba keçidi barədə xəbəri alarkən keçirdiyi hisslərdən danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, D.Bekhem söyləyib ki, L.Messinin ABŞ-yə gəlməsi ilə bağlı xəbəri Yaponiyada olarkən oxuyub.

"Yaponiyada idim, səhər saat 4-5-də yataqda idim, telefonuma dayanmadan zənglər daxil olurdu. Həyat yoldaşım məni itələdi və dedi: "Telefonu söndür, yatmaq istəyirəm". Əlimi uzadıb eynəyimi götürdüm və sonra telefonumda oxudum ki, Messi Mayamiyə gəlmək qərarına gəlib. İndiyə kimi bu hadisəni xatırlayanda tüklərim biz-biz durur. Yatağımda oturub ağlamağa başladım", - deyə D.Bekhem vurğulayıb.

Xatırladaq ki, L.Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Milli.Az


Etiketlər:  Devid Bekhem Yatağımda oturub ağlamağa başladım


RƏYLƏR