Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arda "Real"a üsyan etdi - Sərt xəbərdarlıq aldı

Arda

Tarix: 26 Mart 2024 13:42

İspaniya mediası Arda Gülerlə bağlı diqqətçəkən iddia dərc edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Arda Güler intizamsız rəftarına görə "Real Madrid"dən xəbərdarlıq alıb. "Relevo"dakı xəbərdə bildirilir ki, Ardanın intizamsız davranışları barədə məlumatlar baş məşqçi Karlo Ançelottinin qulağına çatıb. Məlumata görə, "Real Madrid" rəhbərliyi Arda Gülerə bir sıra xəbərdarlıqlar edib. İddialara görə, Arda əsas heyətdə az vaxt aldığına görə, intizamsız davranıb.

"Relevo"da dərc olunan xəbərdə deyilir ki, Arda Güler boş vaxtlarında intizamsız hərəkətlər edib və bu barədə komandadakı bəzi şəxslər klub rəhbərliyinə məlumat verib.

Milli.Az


Etiketlər:  Arda Reala üsyan etdi Sərt xəbərdarlıq aldı


RƏYLƏR