Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2024 19:20
"3+3" formatı üzrə növbəti görüş bu il baş tuta bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Səfir qeyd edib ki, regiondakı problemlərin həlli üçün ən faydalı format "3+3" formatıdır.
O bildirib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.
Diplomat Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib.