Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü zəhərləndi

Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü zəhərləndi

Tarix: 27 Mart 2024 12:46

Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerikdə istirahət mərkəzlərində olan Bakı şəhər sakinləri - 6-sı azyaşlı olmaqla, ümumilikdə 11 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri - 1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə, 1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə, 2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə, 2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə, 1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva, 1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva, 2020-ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva, 2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev, 1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev, 2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva, 2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.

Milli.Az


Etiketlər:  Lerikə istirahətə gedən 3 ailənin 11 üzvü zəhərləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR