Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maykl Ceksonun övladları üzə çıxdı - FOTOlar

Maykl Ceksonun övladları üzə çıxdı - FOTOlar

Tarix: 28 Mart 2024 16:36

Popun kralı Maykl Ceksonun varislərinin adları son vaxtlar mətbuatda çox hallanır. Buna səbəb isə sənətçinin kiçik oğlu ilə öz nənəsi arasında miras məsələləri ilə bağlı keçirilən məhkəmə prosesləridir. Uzun müddətdir ictimaiyyətə görünməyən Ceksonun qızı və oğulları üzə çıxıblar. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Paris, Şahzadə və Blunkett ataları haqqında musiqili filmin təqdimatına həsr olunmuş mətbuat gecəsinə qatılıblar. 

Tədbir Londondakı Şahzadə Edvard Teatrında keçirilib. 22 yaşlı Blunkett həmişəki kimi bir az sərt görünüşü ilə diqqətləri üzərinə cəmləyib. Lakin onun böyük qardaşı 27 yaşlı Şahzadə və bacısının yanında xoşbəxt görünməsi nəzərdən qaçmayıb. 

Milli.Az


Etiketlər:  Maykl Ceksonun övladları üzə çıxdı FOTOlar


RƏYLƏR