Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2024 17:54
Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki,bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Prezidentə təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.
Onun martın 31-i and içəcəyi gözlənilir. Mustafanın özü Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.