Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2024 16:12
22 yaşlı Zeynep Çelik Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələrək ölkənin ən gənc qadın bələdiyyə sədri olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.
Bildirilir ki, müstəqil namizəd Z.Çelik Çanaqqalada Yenice bölgəsinə daxil olan Kalkımın bələdiyyə sədri seçilib.
Məlumata görə, o, Yenicedə tanınmış iş adamı Mehmet Çelikin qızıdır.