Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ÜDM 65 milyard manatı ötüb

Azərbaycanda ÜDM 65 milyard manatı ötüb

Tarix: 19 Noyabr 2019 11:48

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artıb, tikintidə isə 6,2 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ÜDM milyard manatı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ