Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samuxda təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı

Samuxda təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı

Tarix: 19 Noyabr 2019 12:24

Bakı. Samir Əli - Trend:

Samux rayonunda təkər təmiri sexində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Hadisə nəticəsində təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Ə.Zeynalov ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Samuxda təkər sexində təkər partladı usta ağır xəsarətlər aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ