Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 08:22
Qanada 12 yaşlı qız 63 yaşlı din xadimi ilə evləndiyi aşkar edildikdən sonra polisin himayəsi altına alınıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Paytaxtdakı yerli icmaya xidmət edən nüfuzlu din xadiminin ofisi nikahın keçirilməsini müdafiə edərək bunun yalnız mərasim olduğunu bildirib.
Yerli hüquq-mühafizə orqanları qeyd edib ki, onlar qızın şəxsiyyətini müəyyənləşdirə biliblər və o, hazırda anası ilə birlikdə onların himayəsindədir.
Qeyd edək ki, Qanada evlilik üçün qanuni minimal yaş 18-dir. Son illərdə uşaq nikahlarının sayı azalsa da, bu hal davam edir.