Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 09:16
İsrail Prezidenti İsxak Hersoq Qəzza zolağında ölən 7 könüllünün ölümünə görə üzr istəyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrail məlumatı məlumat yayıb.
Bildirilib ki, İ. Hersoq bunu onların İsrail ordusunun zərbəsi nəticəsində ölməsinə görə edib. Belə ki, o, "Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının rəhbəri Xose Andresə zəng edərək işçilərinin faciəli ölümü ilə əlaqədar üzrxahlıq edərək başsağlığı verib.