Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Tarix: 4 Aprel 2024 12:28

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığması dünyada 112-cidir.

Komandamızın hesabında 1177,83 xal var. Millimiz ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.

Buna hesabat dövründəki matçların nəticələri səbəb olub. Yığmamız "FİFA Series"də Monqolustana 1:0 hesabı ilə qalib gəlib və Bolqarıstanla heç-heçə edib - 1:1.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir - 1858,00 xal.

Milli.Az


Etiketlər:  Azərbaycan millisi FİFA reytinqində irəlilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ