Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Somer şefin görüntüləri olay oldu - FOTOlar

Somer şefin görüntüləri olay oldu - FOTOlar

Tarix: 4 Aprel 2024 15:52

TV8-də yayımlanan "MasterChef Turkey"in məşhur münsif üzvlərindən Somer Sivrioğlu özəl həyatı ilə gündəmə gəlməyə davam edir.

Milli.Az bakupost.az xəbər verir ki, 18 illik evliliyi xəyanətlə bitən Sivrioğlu bu dəfə gənc aktrisa ilə görüntülənib.

Pınar Kızılkaya ilə münasibətini bitirən Somer Sivrioğlu gənc aktrisa Aslı Turanlı ilə eşq yaşamağa başlayıb. 30 yaşlı Turanlı və 52 yaşlı Sivrioğlu ötən axşam bir məkanda təkbaşına nahar edərkən görüntülənib.

Kameraları görəndə narahat olan cütlük səhər saatlarında başqa yerə gedib. Söhbət zamanı Turanlı ağlayanda Somer Sivrioğlu onu qucaqlayıb və alnından öpərək təsəlli verməyə çalışıb. Məkanda bir-birini qucaqlayaraq görüntülənən ikili çıxışda onları gözləyən mətbuat mənsublarına "İşinizi düzgün aparın, nə sevgi?", deyərək danlamağa başlayıb.

Milli.Az


Etiketlər:  Somer şefin görüntüləri olay oldu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ