Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanədən saxlanılması ilə bağlı Açıqlama - VİDEO

Rəqsanədən saxlanılması ilə bağlı Açıqlama - VİDEO

Tarix: 4 Aprel 2024 16:00

Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.

"Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm", - R. İsmayılova videomüraciətində bildirib.

Qeyd edək ki, R. İsmayılovanın Moskvada saxlanılması ilə bağlı xəbəri ilk olaraq APA Rusiya teleqram kanallarına istinadən yayıb.


Etiketlər:  Rəqsanədən saxlanılması ilə bağlı Açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ