Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 18:00
Tailandın Ko Tao (Ölüm) adası yaxınlığında 100-ə yaxın yerli və əcnəbi sərnişinləri daşıyan bərə yanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, gəmidə baş verən hadisə ilə bağlı xəbər aldıqdan sonra adadakı operatorlar və səlahiyyətlilər xilasedici qayıqları dənizə göndəriblər.
"İçərisində 97 sərnişin, 11 ekipaj üzvü və yük olan bərə çərşənbə günü gecə saat 23 radələrində Suratthanidən Tao adasına yola düşüb. Bərə Ko Tao limanına yaxınlaşarkən yanğın baş verib", - deyə məlumatda bildirilib.
Bütün sərnişinlər və ekipaj üzvləri xilas edilib, lakin onların bəzisi boğulma səbəbindən yüngül zədə alıb.