Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ailən, sənətin var, nəyin çatmır?" - Elnarəni tənqid etdi

Tarix: 4 Aprel 2024 18:10

Aparıcı Anar Vaqifoğlu müğənni Elnarə Xəlilovanı tənqid edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı proqramına qonaq olan ifaçıya son günlər sosial şəbəkədə yazdığı tənqidi paylaşımları ilə bağlı sual ünvanlayıb. O bildirib ki, E.Xəlilovaya bunu yaraşdırmır:

"Elnarə nə bilmir? İngilis, rus dilində bilir. İnstaqramda hamını "biçir". Nəyinə lazımdır? Oturmusan taxtında, tacın var, sözünü deyən sənətkarsan. Həyat yoldaşın, oğul, qız payın var. Ev-eşiyin var. Bağ arzulayırdın, o da Mərdakanda oldu. Sənət, səs səndə. Nəyin çatışmır sənin?".

Elnarə isə bu sözlərə gülərək reaksiya verib.

Milli.Az


Etiketlər:  Ailən sənətin var nəyin çatmır Elnarəni tənqid etdi


RƏYLƏR