Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 21:54
"Amazon" şirkəti "Just Walk Out" mağazalarını bağlayıb. Bu müəssisədə kassaya ehtiyac yox idi: insanlar əşyaları götürüb sadəcə mağazadan çıxa bilirdilər. Kameralar və sensorlar süni intellekt əsasında avtomatik olaraq alınan malların üzərindən məlumatları oxuyub və çıxışda ödəniş aparılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, daha dəqiq desək, "Amazon" "Just Walk Out"u ilk dəfə işə saldıqda hər şey məhz belə təsvir olunub.
İndi məlum olub ki, mağazada süni intellekt tətbiq olmayıb. Alış-veriş edənləri kameralar vasitəsilə 1000 hindistanlı cüzi maaş müqabilində izləyib, onların hansı malları götürdüyünə baxıblar. Yəqin ki, süni intellekt az da olsa, bu prosesdə iştirak edib, lakin sistem idealdan çox uzaq olub. Hətta bu formada "Just Walk Out" müştəriləri qəbzlərin göndərilməsindən tutmuş tamamilə səhv idarə olunan sifarişlərə qədər müxtəlif problemlərdən şikayətləniblər.
Hazırda "Amazon" yeni "Dash Cart" texnologiyasını sınaqdan keçirməyə hazırlaşır. Belə ki, şirkət mağazalarında içinə qoyulan malları hesablayacaq "ağıllı" arabaları (səbətləri) işə salmaq istəyir.