Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Georgi Nikolov Rövnəq Abdullayevdən yazdı: “Vacib olan....”

Georgi Nikolov Rövnəq Abdullayevdən yazdı: “Vacib olan....”

Tarix: 5 Aprel 2024 17:12

"Peşə yolumun böyük hissəsi yanımdakı insanla əlaqəlidir. O, AFFA-nın prezidenti seçiləndə çox da məmnun qalmamışdım".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu fikirlər "Şamaxı"nın "İnter" adlandığı dövrdəki prezidenti Georgi Nikolov deyib.

Bolqarıstanlı futbol funksioneri AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevlə vəzifəsindən ayrılmasına münasibət bildirib. Nikolov birgə şəkillərini paylaşaraq fikirlərini bölüşüb: "Sonra başa düşdüm ki, mühakimədə səhv etmişəm... Rövnəq Abdullayevin adı Azərbaycanda futbolun inkişafında yaxşı bir dövrlə əlaqələndirilir. Ürəkdən qarşıladığım bütün uğurlu qərarlarını sadalamayacam. Nə də onun administrasiyasındakı, şiddətlə tənqid etdiyim çatışmazlıqları xatırlamayacam".

Nikolov Abdullayevin özündən sonra böyük iz qoyduğu qənaətindədir: "Heç kim mükəmməl deyil. Bir gözəl gündə "baton"u xələflərimizə ötürürük. Vacib olan qoyduğumuz izdir. Cənab Abdullayevin xələfinə ötürdükləri diqqətəlayiqdir. Onu tanıdığım və missiyasına bacardığım hər cür kömək etdiyimə şadam".

Qeyd edək ki, 16 il AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev aprelin 2-də keçirilən Hesabat-Seçki Konfransında postunu təhvil verib.

Milli.Az


Etiketlər:  Georgi Nikolov Rövnəq Abdullayevdən yazdı Vacib olan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ