Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bələdiyyə sədri atəş açdı, başına dərd oldu - VİDEO

Türkiyədə bələdiyyə sədri atəş açdı, başına dərd oldu - VİDEO

Tarix: 5 Aprel 2024 20:08

Türkiyənin İsparta şəhərinin Kuleönü qəsəbəsində AKP-dən bələdiyyə sədri seçilən Nuri Ərdoğan zəfərini havaya atəş açaraq qeyd edib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, seçkilərin nəticələri açıqlandıqdan sonra Ərdoğan qəsəbədə toplaşan tərəfdarlarının yanına gələrək bir neçə dəfə havaya atəş açıb. Ərdoğanın qələbəsini qeyd etməsi bir vətəndaş tərəfindən kameraya çəkilib.

İsparta prokurorluğu, sözügedən hadisə ilə əlaqədar istintaq başladıldığını bildirib.


Etiketlər:  Türkiyədə bələdiyyə sədri atəş açdı başına dərd oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ