Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda “təmirli mənzil” adı ilə ev alan şəxsin başına iş gəldi - VİDEO

Bakıda “təmirli mənzil” adı ilə ev alan şəxsin başına iş gəldi - VİDEO

Tarix: 6 Aprel 2024 13:26

Bakıda çoxmərtəbəli binadan "təmirli mənzil" adı ilə ev alan şəxs əlavə maddi ziyana düşüb. Məlum olub ki, divar kağızlarının altında iri çatlar var. Yəni evin təmiri sadəcə görüntü üçün imiş.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, döşəmə daxil olmaqla, santexnik və elektrik xətləri də bərbad vəziyyətdədir. Evdə həmçinin nəmişlik yaranıb.

Sosial şəbəkələrdə bununla bağlı yayılan videogörüntü "Təmirli ev alarkən nələrə diqqət etmək lazımdır?" sualını yenidən aktuallaşdırır. Sonradan həmin evdə təmir işlərinin aparılması üçün usta kimi dəvət alan Mahir Məmmədov deyir ki, ilk növbədə, təmirli ev alarkən usta baxışının aparılması mütləqdir. Əks halda, xoşbəxt yaşamaq üçün aldıqları ev başlarına bəla ola bilər.

Mahir Məmmədov deyir ki, faktiki olaraq sözügedən evin təmiri olduqca keyfiyyətsiz materiallarla görülüb. Ustanın sözlərinə görə, əgər evin problemləri vaxtında aşkarlanmasa, gələcəkdə ev sahibi daha ciddi problemlərlə üzləşə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda təmirli mənzil adı ilə ev alan şəxsin başına gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ