Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstana hücum mesajı verildi – “Növbədə sizsiniz”

Qazaxıstana hücum mesajı verildi – “Növbədə sizsiniz”

Tarix: 7 Aprel 2024 08:42

Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov ölkəsinin Qazaxıstana mümkün hücumu barədə danışmadığını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, siyasətçi qazaxlara qarşı təhdid xarakterli ifadələrlə bağlı sosial şəbəkələrə sızan səsyazısını "dezinformasiya" adlandırıb.

"Bu gün düşmənin çirkin Teleqram kanallarında mənim adımdan Qazaxıstan Respublikasından olan dostlarımızla aramızı pozmaq cəhdi müşahidə olunur. Bu saxtadır. Neyron şəbəkələr hər şeyi saxtalaşdıra bilər, ona görə də sizi ayıq-sayıq olmağa çağırıram. Heç kimlə dava etməyəcəyik", - Qurulyov bildirib.

VÇQ-OQPU adlı Teleqram kanalı bundan əvvəl Qurulyovun Rusiya Dövlət Dumasının Müdafiə Komitəsindən olan həmkarlarına göndərdiyi iddia edilən audiomüraciəti dərc edib. Səsyazısında Ukraynadan sonrakı hədəfin Qazaxıstan olacağı iddia olunub.

Milli.Az


Etiketlər:  Qazaxıstana hücum mesajı verildi Növbədə sizsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ