Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gecədə 300-dən çox ev su altında qaldı

Bir gecədə 300-dən çox ev su altında qaldı

Tarix: 10 Aprel 2024 10:44

Rusiyanın Orenburq şəhərində bir gecədə 300-dən çox ev su altında qalıb, yaxın gələcəkdə daha 200-ə yaxın ev su altında qala bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şəhər rəhbərinin birinci müavini Aleksey Kudinov məlumat verib.

"Bir gecədə 300-dən çox ev su altında qalıb. İndiyədək tərk etməyi qərarlaşdırmayan Orenburq sakinlərinə yardım göstərməkdə davam edirik. Beləliklə, cəmi bir gecədə on sakin təxliyə edilib. Su basan evlərin sayı həndəsi silsilə ilə artacaq. Yaxın gələcəkdə, proqnoz özünü doğrultsa, daha 200-ə yaxın fərdi ev su altında qalacaq", - Kudinov bildirib.

O vurğulayıb ki, Orenburqda Ural çayının səviyyəsi bir gecədə təxminən 50 sm artaraq 965 sm-yə çatıb: "Hidroloqlar yaxın 24 saat ərzində 30-70 sm artım proqnozlaşdırırlar".

Milli.Az


Etiketlər:  Bir gecədə 300 dən çox ev su altında qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ