Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO)

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO)

Tarix: 19 Noyabr 2019 21:00

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakının Qaradağ rayonundakı “Qobu park - 2” yaşayış massivində təşkil edilən yarmarkada 50 müəssisədən 411 vakant iş yeri təqdim olunub.

Əmək yarmarkasının keçirilməsində məqsəd məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO) Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO)


Etiketlər:  Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ