Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sunak: London İranı regional təhlükəsizliyə təhdid kimi tanıyır

Sunak: London İranı regional təhlükəsizliyə təhdid kimi tanıyır

Tarix: 11 Aprel 2024 19:44

Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə qarşı cavab təhdidlərini qəbuledilməz adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.

"İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin onlara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik", - Sunak deyib.

Britaniyanın baş naziri həmçinin qeyd edib ki, London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır və krallıq İran kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə mübarizə aparır.

Milli.Az


Etiketlər:  Sunak London İranı regional təhlükəsizliyə təhdid kimi tanıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ