Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada partladılan avtomobil FTX agentinin imiş

Moskvada partladılan avtomobil FTX agentinin imiş

Tarix: 12 Aprel 2024 16:08

Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.

Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.


Etiketlər:  Moskvada partladılan avtomobil agentinin imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ