Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 09:57
Bakı. Mətanət Nəsibova - Trend:
Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.
Bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.
E.Axundov əlavə edib ki, “Azərmaş”ın zavodun tikintisində payı 100 faiz olub.
Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.
2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin