Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İki küpəgirən qarı" tamaşasının premyerası olacaq - FOTO

Tarix: 14 Aprel 2024 12:33

Bu gün saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "İki küpəgirən qarı" tamaşasının premyerası olacaq. 

Musiqili nağıl-tamaşa bu dəfə və aprelin 21-də saat 12:00-da #ana dilimizdə, 28-də saat 12:00-da isə #rus dilində oynanılacaq. 

Hər iki dildə hazırlanan "İki küpəgirən qarı" (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşasının quruluşçu rejissoru Əhəd Hacıyevdir. 

Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin vurğulandığı tamaşada mənfi xarakterli məşhur nağıl personajları da tamamilə fərqli təqdim olunur.
Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq. 
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsetmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır. 

Bu dəfə rollarda aktyorlar Ofeliya Novruzqızı, Gülçöhrə, Abdullayeva, Ayan Qurbanova, Adelin Öztürk, Əli Kərimov, Sübhan Rüstəmov, Nərmin Əliyeva, Günay Qasımova, Eleanora Mehdiyeva, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev və teatrın balet artistləri iştirak edəcəklər.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Milli.Az


Etiketlər:  İki küpəgirən qarı tamaşasının premyerası olacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ