Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron

Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron

Tarix: 15 Aprel 2024 19:32

İordaniyanın istəyi ilə şənbə gecəsi ciddi mühafizə və müdafiədə müdaxiləmiz oldu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikri E.Makron aprelin 13-dən 14-nə keçən gecə İranın hava hücumundan müdafiə olunmaqda Fransanın iştirakı ilə bağlı İsrail ordusunun məlumatına düzəliş edərək deyib.

"İordaniyada hava bazalarımız var... İordaniyanın hava məkanı bu hücumla pozulub. Təyyarələrimizi havaya qaldırdıq və dayandırmalı olduqlarımızı dayandıraraq qarşısını aldıq", - deyə Makrın BFM/RMC televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İordaniyanın tələbi ilə şənbə gecəsi Fransanın ciddi mühafizə və müdafiədə müdaxiləsi olub. Fransa H5 hava bazası ilə İordaniyada on ildir ki, mövcuddur.

Milli.Az


Etiketlər:  Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq Makron


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ