Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəqsanənin əmlaklarına həbs qoyulub? - YENİLƏNİB

Rəqsanənin əmlaklarına həbs qoyulub? - YENİLƏNİB

Tarix: 18 Aprel 2024 17:30

17:27

Müğənni Rəqsanə İsmayılova barəsində yayılan məsələyə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni açıqlamasında onun haqqında yayılan məlumatı təkzib edib:

"Məni heç kim məhkəməyə verməyib. Əslində, məhkəməyə mən müraciət etmişəm. Məhkəmə başa çatdıqdan sonra mətbuata məlumat verəcəyik".

----------

13:01


Müğənni Rəqsanə İsmayılovanınAzərbaycandakı mülklərinə həbs qoyulub.

Milli.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib.

Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib.

Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib:

"Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik".

Milli.Az


Etiketlər:  Rəqsanənin əmlaklarına həbs qoyulub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ