Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 09:16
Fransada Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın evi müsadirə olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülk sahibinə 5,4 milyon avroya başa gəlib və vəsaitlərin mənşəyi "müəmmalı olaraq qalır".
Villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs qoyulub.
Bildirilib ki, Oçeretnayanın villasından başqa, daha bir neçə Kremlə yaxın oliqarxların mülkləri nəzarət altındadır.