Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2024 14:38
Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib.
Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub.
Həmçinin zəlzələnin baş verdiyi bölgələrdə binaların məscid minarələrinin uçduğu, qayaların bağladığı yolların texnikalarla açıldığı görünür. Qruplar zərərin qiymətləndirilməsi işlərini sürətlə davam etdirir və zərər çəkmiş ərazilərə yardımın çatdırılması üçün koordinasiya təmin edilir.
Səlahiyyətlilərin zəlzələ nəticəsində dəymiş ziyanın tam həcmi və gün ərzində zərər çəkənlərin vəziyyəti barədə ətraflı məlumat verməsi gözlənilir.
Xatırladaq ki, təbii fəlakət ət hadisəsi ötən gün baş verib. 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.