Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib

Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib

Tarix: 20 Noyabr 2019 16:06

Bakı. Trend:

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Trend-in məlumatına görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Qeyd edək ki, Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mikayıl Cabbarov Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ