Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 17:24
Rusiya, Misir, Qətər və Türkiyə Qəzza zolağının təhlükəsizliyinin təminatçısı olmalıdır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib.
O, "A Haber" telekanalına müsahibəsində bildirib ki, HƏMAS-ın bu məsələdəki tələbləri qüvvədə qalır.
"Biz Misir, Qətər, Türkiyə və Rusiyanın BMT-nin qarant ölkələri olmasını istəyirik. Təbii ki, ABŞ də gələcəkdə ola bilər. Lakin İsrail buna davamlı olaraq qarşı çıxır", - o əlavə edib.