Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək  İSTƏYİR - YENİLƏNİB

Tarix: 23 Aprel 2024 10:10

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. 

10:08

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy məlumat yayıb.

Musavat.com  ABŞ Konqresinə sanksiya üçün təqdim olunan tam siyahını əldə edib:

Mənbələrin "mütləq tam olmayan" adlandırdığı ABŞ-ın sanksiyalarına təqdim olunan Azərbaycan rəsmilərinin tam siyahısı belədir:

1. Samir Nuriyev, Prezident Administrasiyasının rəhbəri.

2. Hərbi polis bölməsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev.

3. Polkovnik Elşən Sanayev, Azərbaycanın 218-ci komandir briqadasının komandiri.

4. General-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Quru Qoşunlarının komandanı.

5. General-mayor Ceyhun Həsənov, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti.

6. Əli Nağıyev, dövlət təhlükəsizliyi xidmətinin rəisi.

7. General-leytenant Hikmət İzzət oğlu Mirzəyev, (Müdafiə nazirinin müavini, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı)

8. Fuad Ələsgərov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi.

9. Orxan Səmədov, Baş Prokurorluq.

10. Vüqar Quliyev, Baş Prokurorluq.

11. Ziya Məsurov, Baş Prokurorluq.

12. Pərviz Mirxəşimov, Baş Prokurorluq.

13. Babaxan Həsənəliyev, Baş Prokurorluq.

14. Həmzə Eldar Əkbər oğlu, Baş Prokurorluq.

15. Ələkbərov Valeh Həsən oğlu, Baş Prokurorluq.

16. Faiq Qəniyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

17. Mirzə Xankişiyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

18. İlham Mahmudov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

19. Eldar İsmayılov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

20. Cavid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

21. Samir Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

22. Azad Məcidov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

23. Zeynal Ağayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

24. Səbuhi Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

25. Əfqan Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

26. Telman Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

27. Əli Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.

28. Vüsal Qurbanov, Nərimanovski Rayon Məhkəməsinin hakimi.

29. Kamranov Hafiz, Nərimanovski Rayon Məhkəməsinin hakimi.

30. Yusif Yusifov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi.

31. Abbasov Mirzəli Əbdüləli oğlu, Bakı Apellyasiya Məhkəməsi.

32. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, general-mayor Əbülfət Rzayev.

33. Elçin Məmmədov, Baş prokurorun birinci müavini.

34. Leytenant Fuad Rəfael oğlu Nəbiyev, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.

35. Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.

36. İlham Mehdiyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.

37. Vüsal Sultanov, Azərbaycan Dövlət Sərhəd Xidməti.

38. Azad Ələkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.

39. İsmayıl Əkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.

40. Ramin Bağırov, Azərbaycan Dövlət Sərhəd Xidməti.

Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq. 

Sayt əlavə edib ki, hakimlərin siyahıda olma səbəbi - erməni müharibə canilərinə və əsirlərə hökm oxumalarıdır.

----------

07:44


Milli.Az bildirir ki, Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.

Müstəqil ekspertlərin fikrincə, bu xəbərin məhz prezident İlham Əliyevin Rusiya səfəri günü ortaya çıxması təsadüfi deyil və ABŞ-nin Azərbaycana təzyiqi kimi qiymətləndirilməlidir.

Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

General Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən məqamdır.

Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi marazmdır.

Milli.Az


Etiketlər:  ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ