Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2024 14:09
"Yeddi oğul istərəm" filminin 3 aktyoru - Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov və Əbdül Mahmudov uzun müddətdən sonra bir araya gəliblər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onların görüşünü prodüser Vasif Ayan təşkil edib. Bildirilib ki, aktyorlar film çəkilişindən 54 il sonra görüşüb.
Qeyd edək ki, filmdə Rafiq Əzimov Şahsuvar rolunu, Ənvər Həsənov Cəlal rolunu, Əbdül Mahmudov isə Qasım rolunu canlandırıb.